Argentinalı futbolçu Mauro İkardi "Qalatasaray"ın tarixinə düşüb.
Sportarena.az "NTV Spor"a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu İstanbul təmsilçisinin NEF stadionunda vurduğu 600-cü qolun müəllifi olub.
Təcrübəli forvard bunu "Başakşehir"ə qarşı keçirilən Türkiyə Kubokunun 1/4 final oyununun 51-ci dəqiqəsində fərqlənməklə bacarıb. O, komandasının 2-ci qoluna imza atıb.
Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən qarşılaşmada "Cim-Bom" rəqibinə uduzur - 2:3.