"Brayton"un futbolçusu Moyzes Kaysedo Premyer Liqada klubunu dəyişə bilər.
Sportarena.az xəbər verir ki, ekvadorlu yarımmüdafiəçi üçün "Liverpul" və "Arsenal" mübarizə aparır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Premyer Liqanın nəhəngləri yayda futbolçu üçün klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Brayton" Moyzes kaysedonu ötən ilin yanvar ayında Belçikanın "Beerşot" klubundan transfer edib. 21 yaşlı dayam yarımmüdafiəçisi cari mövsümdə komandanın heyətində meydana çıxdığı 31 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.