"Milan"ın futbolçusu "Real"a keçə bilər

12:40 6 Aprel 2023

İspaniyanın "Real" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisinin gündəmində "Milan"da çıxış edən Rafael Leao var. Bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb. "Kral klubu"nun portuqaliyalı vinger üçün 70 milyon  avroluq təklif göndərəcəyi bildirilir.

 

Qeyd edək ki, "Milan" Rafael Leaonu 2019-cu ilin yayında "Lill"dən transfer edib. 23 yaşlı futbolçu cari mövsümdə İtaliya klubunun heyətində meydana çıxdığı 36 matçda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti