“Real” İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Barselona”nı məğlub edib (4:0).
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, madridlilər 40-cı dəfə ölkə kubokunun finalına vəsiqə qazanıb. Bu, turnir tarixində ikinci ən yüksək göstəricidir. Nəticədə, “kral klubu” “Atletik”i qabaqlayıb (39 final). “Barselona” bu göstəricidə liderdir (42 final).
Turniri ən çox qazanan klub da “Barsa”dır (31 dəfə). “Atletik” ikinci (23 dəfə), “Real” isə üçüncüdür (19 dəfə).
“Real” iki oyunun nəticəsinə əsasən Kataloniya təmsilçisini 4:1 hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb. Həlledici mərhələdə onların rəqibi “Osasuna” olacaq.