"Kəpəz"in sabiq qapıçısı Sergey Litovçenkoda onkoloji xəstəlik aşkarlanıb.
Sportarena.az xəbər verir ki, bu barədə ukraynalı məşqçi Nikita Çernıx sosial şəbəkə hesabında paylaşım edib.
Mütəxəssis bildirib ki, 36 yaşlı qolkiper kimyaterapiya kursu almalıdır və onun maddi yardıma ehtiyacı var.
Qeyd edək ki, Sergey Litovçenko 2018-ci ildə "Kəpəz"in formasını geyinib.