“Mançester Yunayted”in hücumçusu Markus Reşford İngiltərə Premyer Liqasının 25-ci turundan təxirə salınan “Brentford”la matçı (1:0) dəyərləndirib.
Sportarena.az BBC-yə istinadən xəbər verir ki, ingiltərəli forvard oyunun asan keçmədiyini deyib:
“Əsas qələbə qazanmaqdır. Biz yaxşı mübarizə apardıq. Oyun asan keçmədi. “Brentford”u məğlub etmək çətindir. 5-6 futbolçu ilə müdafiə olunurlar. Onlar bunu çox yaxşı bacarırlar”.
“Qırmızı şeytanlar” hazırda İngiltərə çempionatının turnir cədvəlində 53 xalla dördüncüdür.