“Neftçi”nin zədəli futbolçusu sıraya döndü

19:42 6 Aprel 2023

“Neftçi” Premyer Liqanın 29-cu turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “Zirə” ilə matçın ertəsi günü istirahət edən “ağ-qaralar” aprelin 3-də məşqlərə başlayıb.

 

Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi KİV nümayəndələri üçün açıq olub.

 

Məşqdə əsasən toplu və taktiki çalışmalar icra olunub. Zədəsini sağaltmış Eddi İsrafilov komanda ilə məşqə qoşulub, Ataa Caber isə fərdi məşğul olub.

 

Aprelin 8-də “Sumqayıt Arena”da keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 20:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti