Mahir Emrelinin klubu baş məşqçisi ilə vidalaşıb

20:15 6 Aprel 2023

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin müqavilə ilə məxsus olduğu Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası baş məşqçisi və idman direktoru Ante Çaçiçlə vidalaşıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Təcrübəli baş məşqçi ilə yolların ayrılmasına Zaqreb təmsilçisinin son vaxtlar qeyri-sabit çıxışı səbəb olub. 27 turdan sonra 60 xalla turnir cədvəlinə başçılıq edən "Dinamo" son 5 matçda 2 məğlubiyyət, 2 heç-heçə və 1 qələbə ilə yadda qalıb.

 

Qeyd edək ki, Mahir Emreli qış fasiləsində Türkiyə "Konyaspor"una icarəyə verilib. 26 yaşlı hücumçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.


Digər xəbərlər

Xəbər xətti