Şarl Lekler Azərbaycan Qran Prisindəki hədəfini açıqlayıb

21:12 6 Aprel 2023

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Ferrari" komandasının pilotu Şarl Lekler Azərbaycan Qran Prisindəki məqsədlərindən danışıb.

 

Sportarena.az "Racingnews365" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı sürücü uzunmüddətli hədəflər haqqında düşünmədiyini bildirib.

 

Lekler yarışı qəzasız və problemsiz başa vurmaq istədiyini söyləyib. O, bunun prioritet olduğunu deyib.

 

Qeyd edək ki, Bakıdakı yarış 28 - 30 apreldə baş tutacaq. Lekler hazırda 6 xalla 10-cu pillədə qərarlaşıb. Monakolu pilot əvvəlki Avstraliya Qran Prisində sonadək mübarizə apara bilməyib.


Digər xəbərlər

Xəbər xətti