“Qarabağ”la “Neftçi” İzmirə yollandı

21:56 6 Aprel 2023

“Qarabağ” və “Neftçi” PFK-nın U-12 komandası sabah “İzmir Cup” beynəlxalq turnirində mübarizəyə başlayacaq.

 

Sportarena.az xəbər verir ki, hər iki klubun 12 yaşlılardan ibarət komandaları artıq Türkiyəyə yollanıb.

 

“Qarabağ” “İzmir Cup”da “Ayaks”, “Başakşəhər”, “Bursaspor”, “Portu”, “Ayntraxt”, “Srvena Zvezda”, “Manisa” və “Altınordu” ilə bir qrupda mübarizə aparacaq.

 

Baş məşqçi Vaqif Əliyevin yetirmələri isə “H” qrupunda Türkiyənin “Beşiktaş”, “Girəsunspor”, İzmir şəhərinin çempionu, İtaliyanın “Yuventus”, Almaniyanın “Şalke”, Fransanın “Mets”, Gürcüstanın “Dinamo” (Tiflisi) və Rusiyanın “Zenit” klubları ilə qarşılaşacaq. Komandanın oyunları “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti