Mahir Emrelinin komandasına yeni baş məşqçi təyin olunub

22:17 6 Aprel 2023

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin müqavilə ilə məxsus olduğu Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının yeni baş məşqçisi bəlli olub.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Zaqreb təmsilçisi sabiq futbolçusu İqor Bişçana tapşırılıb. 45 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

 

Bişçan hazırda Xorvatiyanın U-21 yığmasına da başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti