Karlo Ançelotti: "Benzema yenə "Qızıl top" qazana bilər"

22:56 6 Aprel 2023

"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya Kral Kubokunun yarımfinalının "Barselona" ilə cavab görüşündən sonra Kərim Benzema haqda danışıb.

 

Sportarena.az “Marca”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandasının 4:0 hesabı ilə qalib gəldiyi görüşdə het-trik edən fransalı forvard barədə bunları deyib:

"O, beynəlxalq oyunları zamanı çox yaxşı işlər gördü, çox yaxşı məşq etdi. Fiziki cəhətdən hazır olduqda onun faydalı keyfiyyətləri həlledici rol oynayır. Kərim daha bir “Qızıl top” qazana bilər. Çünki o, hələ də dünyanın ən yaxşı hücumçularından biridir”.

 


Digər xəbərlər

Xəbər xətti