İngiltərənin 3 nəhəngi argentinalı üçün yarışır

11:56 7 Aprel 2023

“Brayton”un yarımmüdafiəçisi Aleksis Makallister klubunu dəyişə bilər.

 

Sportarena.az “TyC Sports”-a istinadən xəbər verir ki, argentinalı futbolçu ilə “Arsenal”, “Mançester Yunayted” və “Liverpul” mümkün transferi ilə bağlı danışıqlar aparır.

 

“Brayton” son dünya çempionunun satışından 60 milyon avrodan çox gəlir əldə etməyi düşünür.

 

Makallister cari mövsümdə İngiltərə çempionatında 24 oyuna çıxıb, 8 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti