“Çelsi”nin keçmiş yarımmüdafiəçisi Qustavo Poyet komandanın futbolçusu Mixail Mudrik haqda danışıb.
Sportarena.az “Evening Standart”-a istinadən xəbər verir ki, o, ukraynalı futbolçunun potensiallı olduğunu deyib:
“Məqsədyönlü, sürətli və partlayıcı! Qeyd etdiklərim fərq yaradan oyunçuya məxsus olur. Mudrikin qarşıdakı illərdə “Çelsi”də görəcəyi iş Eden Hazardın gördüyü işlə eyni olacaq. Bunu reallaşdırmaq üçün onun potensialı var.
Çox vaxt klublar qış transfer dönəmində yeni sözləşməyə imza atmır. Mudrikin keçidi mənim üçün ən böyük sürpriz oldu. “Çelsi”nin transfer etdiyi futbolçuların siyahısına baxın! Onların bir planı var. Həmin transferlər gələcək üçün nəzərdə tutulub.
Bütün dünya bilir ki, İngiltərə Premyer Liqasında maliyyə məsələləri daha yaxşıdır. Məsələn, “Çelsi”nin hazırkı sahibi Todd Boehli. Pulu var və kimi istəyirsə, alır”.