“Real” yay transfer pəncərəsində Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Çud Bellingemi transfer etmək variantından imtina edib.
Sportarena.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
“Real” rəhbərliyi Bellingemi çox bəyənsə də, ingilis futbolçunun Madrid komandasına uyğunlaşa biləcəyinə şübhə edirlər. Həmçinin, problem 19 yaşlı yarımmüdafiəçi üçün tələb olunan məbləğdir ki, bu da 100 milyon avrodan çoxdur.
Bellingem özü “Mançester Siti” və “Liverpul”dan gələn təkliflərə baxmayaraq, Madrid klubuna keçmək arzusundadır.