Peşəkar Futbol Liqası (PFL) tərəfindən İmişli şəhər stadionuna baxış keçirilib.
Sportarena.az PFL-ə istinadən xəbər verir ki, aparılan təmir və yenidənqurma işlərindən sonra stadion 1-ci divizion oyunlarını qəbul etmək üçün məqbul hesab olunub.
“İmişli” sözügedən stadionda cari mövsümdə ilk ev oyununu 12 aprel tarixdə “Qarabağ-2” komandasına qarşı keçirəcək. Oyun saat 16:00-da start götürəcək.