Anasını itirmiş futbolçudan təsirli açıqlama

16:43 7 Aprel 2023

“Mançester Siti”nin “Bayern”də icarə əsasında çıxış edən futbolçusu Joao Kanselo Allaha inandığını deyib.

 

Sportarena.az xəbər verir ki, “Bayern”in rəsmi saytına danışan portuqaliyalı müdafiəçi, anasının vəfatının ona necə təsir etməsindən danışıb:

“Mən Allaha inanıram. Və hər şeydən əvvəl anam Filomenaya inanıram. Mənə verdiyi gücə inanıram.

Onun ölümü ilə mən ən vacib dəstəyimi itirdim. O zaman mənim cəmi 18 yaşım var idi. Hər şeyi onsuz etməyi öyrənməli idim.

Anamı itirmək məni daha da gücləndirdi və bu gün olduğum şəxs etdi. 18 yaşında anamı itirmək çox çətin idi. Atam mənə başa saldı ki, indi ailəm üçün üzərimə daha çox məsuliyyət götürməliyəm. Çətin vaxt idi. Buna görə də, müəyyən iradə, güc tələb olunurdu.

Düşünürəm ki, bu, mənim daha çox məsuliyyətli olmağıma kömək etdi. Baxmayaraq ki, mən ümumiyyətlə, çox xoşbəxt bir insanam.

Çiynimdə anamın portreti var. Portuqaliyaya qayıdanda ilk işim anamın məzarını ziyarət etmək olur. Orada özümü yaxşı hiss edirəm. Mən ona hiss etdiyim hər şeyi deyə bilərəm. O, cavab verməsə də, hələ də bizimlədir”.


Digər xəbərlər

Xəbər xətti