Bakıda beynəlxalq minifutbol turnirinin püşkü atılıb

17:28 7 Aprel 2023

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, püşkatmada gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov, AFFA-nın baş katibi Sərxan Hacıyev və AMF-in, eyni zamanda “Zirə” klubunun prezidenti Taleh Nəsirov iştirak ediblər.

 

Komandalar turnirdə iki qrupda yarışacaq. Daha sonra A qrupunda qalib gələn komanda B qrupunun ikincisi, B qrupunun qalibi isə A qrupunun ikincisi ilə yarımfinalda qarşılaşacaq.

A qrupu
Azərbaycan
Çexiya
Serbiya
Gürcüstan
İtaliya

B qrupu
Ukrayna
Qazaxıstan
Fransa
Türkiyə
Cənubi Afrika

 

Qeyd edək ki, Beynəlxalq turnir 1-6 may tarixlərində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti