"Artıq buraxdığımız qolları şərh etməyə söz tapa bilmirəm".
Sportarena.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Qəbələdə eyniadlı komandaya 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIX tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis matçla bağlı danışmağın çətin olduğunu bildirib:
"Əslində hər şey istədiyimiz kimi gedirdi. Yaxşı qol imkanlarından istifadə edə bilmədik. Qapımızda top gördükdən sonra hesabı bərabərləşdirdik. Amma rəqib ani boşluğumuzdan istifadə edib fərqləndi və qələbə qazandı".