"Barselona"nın nümayəndələri Fransanın PSJ komandasının futbolçusu Lionel Messini transfer edə bilmək üçün İspaniya La Liqasının rəhbərliyi ilə görüş keçirəcəklər.
Sportarena.az "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi keçidi maliyyə feyr-pleyi qaydaları çərçivəsində həll etməyə imkan verən plan hazırlayıb.
Hazırda əsas çətinlik ondan ibarətdir ki, La Liqanın qaydalarına görə, klublar yeni transferlərdən əvvəl maaşları xeyli azaltmalıdırlar.
Daha əvvəl "Barselona"nın aprelin 9-a kimi argentinalı hücumçuya təklif göndərmək niyyətində olduğu bildirilib.
Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin yayında məhz İspaniya klubundan keçib.