İtaliyada daha 3 klubla bağlı araşdırma başladı

21:32 7 Aprel 2023

İtaliya A Seriyasında mübarizə aparan 3 klubun ofislərində axtarış aparılıb.

 

Sportarena.az xəbər verir ki, İtaliyanın maliyyə polisi “Roma”, “Latsio” və “Salernitana” klubları ilə bağlıa araşdırmala başlayıb.

 

“Corriere dello Sport”un iddiasına görə, sözügedən klubların 2017-2021-ci illər aralığındakı transferlər zamanı qaydalara zidd davrandığı ehtimal olunur. Bu üzdən də hakimiyyət orqanları hazırda onların maliyyə hesabatlarını incələyir.

 

Xatırladaq ki, daha öncə “Yuventus”la bağlı aparılan oxşar araşdırmaların yekununda Turin klubunun günahkar olduğu üzə çıxmış və sərt cəzalara layiq görülmüşdü. Belə ki, sözügedən komandanın bu mövsüm A Seriyasında 15 xalı silinib.


Digər xəbərlər

Xəbər xətti