İtaliya A Seriyasında 29-cu tura start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.
“İnter” səfərdə “Salernitana”, “Milan” isə evdə “Empoli” ilə oyundan xal itkisi ilə ayrılıb. Səfərdə “Leççe” ilə üz-üzə gələn lider “Napoli” turu qələbə ilə başa vurub.
İtaliya A Seriyası
  
                       
                                               
 
                
                              
29-cu tur
7 aprel
Salernitana – İnter 1:1
Qol: Kandreva, 90 – Qosens, 6.
Leççe – Napoli 1:2
Qol: Di Françeskoo, 52 – Di Lorentso, 18. Qallo, 64-öz qapısına.
Milan – Empoli 0:0