Latviya çempionatında 4-cü turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Metta/LU” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan xalsız ayrılıb – 2:3.
Start heyətdə meydana çıxan Ramin sonadək oynayıb. Nazim isə 82-ci dəqiqədə meydana buraxılıb, 90+4-də də sarı vərəqə ilə cəzalanıb.
Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.