Türkiyə çempionu “Trabzonspor” beş futbolçusu ilə yeni müqavilə bağlayıb.
Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi öz yetirməsi olan Çağan Yılmazer, Engin Poyraz Efe Yıldırım, Muhammet Mustafa Pınarcı, Rüzgar Esen Bostan və Oğuzhan Yılmazla peşəkar müqavilə imzalandığını açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc futbolçuların hər biri ilə 2.5 illik sözləşmə imzalanıb.
Xatırladaq ki, “Trabzonspor” Super Liqanın 2021/22 mövsümünün qalibidir.