Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 29-cu turun daha iki oyunu keçirilir.
Sportarena.az xəbər verir ki, günün ilk matçı "ASCO Arena"da "Səbail" və "Sabah" komandaları arasında oynanılıb. Ev sahibi lomanda rəqibini məğlub edib - 2:1.
Günün son oyununda isə "Neftçi" "Sumqayıt"ın qonağı olub. Qonaqlar rəqibini darmadağın edib - 0:4.
Azərbaycan Premyer Liqası
29-cu tur
8 aprel (şənbə)
“Səbail” 2:1 “Sabah” (yekun)
Qol: David Qomis, 29,Qoba Zakp, 90+5 - Emmanuel Apeh, 75 (pen)
Qırmızı vərəqə: Con İrasabal, 59
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”.
“Sumqayıt” 0:4 “Neftçi” (yekun)
Qollar: Voyislav Stankoviç, 7, Sezar Meza Kolli 64, İsmayıl Zülfüqarlı 83, Lebon 85
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Cavanşir Yusifov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”.
Qeyd edək ki, açılış oyununda "Qəbələ" evdə "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. Tura aprelin 9-da keçiriləcək "Turan Tovuz" - "Şamaxı" və "Qarabağ" - "Kəpəz" matçları ilə yekun vurulacaq.