Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Belçikanın Antverpen şəhərində keçirilən dünya kubokunda finala yüksəliblər.
Sportarena.az xəbər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, eləcə də Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bəşiridən ibarət qadın qrupu həlledici mərhələyə vəsiqə qazanıb.
Yarışa aprelin 9-da yekun vurulacaq.