Karlo Ançelotti “Çelsi”nin baş məşqçi postuna qayıda bilər.
Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis “Real”dan ayrılacağı təqdirdə, London klubunun rəhbərliyi tərəfindən yeni baş məşqçi kimi namizədliyi nəzərdən keçirilir.
ESPN-in Ançelottiyə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis “kral klubu”nda təzyiq altında olduğunu və bu mövsüm Çempionlar Liqasını qazanmasa, “kreslo”sunun laxlayacağını etiraf edir.
Ançelotti 2009-2011-ci illərdə “Çelsi”ni çalışdırıb. Onun rəhbərliyi altında klub üç kubok – Premyer Liqa, İngiltərə kuboku və ölkə superkubokunu qazanıb.
Qeyd edək ki, İtaliyalı məşqçi 2021-ci ildən “Real”ı çalışdırır. “Çelsi” isə bir müddət əvvəl Qrem Potteri istefaya göndərib və Frank Lempardı müvəqqəti olaraq baş məşqçi təyin edib.