İspaniya "Real Madrid"i futbolçusu Eduardu Kamavinqaya uzunmüddətli müqavilə təklif edəcək.
Sportarena.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, fransalının maaşı ilə yanaşı, sərbəst qalma məbləği də artırılacaq. İddiaya görə, bu rəqəm 1 milyard avro olacaq. Sözləşmənin cari mövsümünü sonunadək yenilənəcəyi gözlənilir.
Qeyd edək ki, 21 yaşlı oyunçunun "kral klubu" ilə hazırkı müqaviləsinin müttədi 2027-ci ilin iyununda başa çatacaq.