“Barselona”nın keçmiş futbolçusu Boyan Krkiç sabiq komanda yoldaşı Ronaldinyo haqda danışıb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, azarkeşlərin braziliyalı futbolçu üçün stadiona gəldiyini bildirib:
“Onunla birlikdə məşq etmək mənə görə böyük şərəf idi. İnsanlar onun üçün stadiona gəlirdilər. Həmin vaxt “Barselona”nın heyətində 20 futbolçu var idi. Aşağı yaş qrupundan üç futbolçu əsas komandaya çağırılmışdı. Onların arasında mən də var idim. Həmin gecə səhərə qədər yatmamışdım”.
Qeyd edək ki, Ronaldinyo 2003-2008-ci illərdə Kataloniya təmsilçisinin heyətində çıxış edib.