Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Jorji Jezuşa yeni müqavilə təklif edib.
Sportarena.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi portuqaliyalı mütəxəssislə əməkdaşlığın müddətini 2025-ci ilin yayınadək uzatmaq istəyir.
İddiaya görə, 69 yaşlı baş məşqçi də cari mövsümün sonunda başa çatacaq sözləşməsini yeniləməkdə maraqlıdır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilib.
Qeyd edək ki, Jorji Jezuş "Fənərbağça"nın sükanı arxasına ötən ilin iyununda keçib.