"Neftçi"nin iki legioneri "Sumqayıt"la oyunu buraxacaq

15:08 8 Aprel 2023

"Neftçi"nin iki futbolçusu "Sumqayıt"a qarşı keçiriləcək Azərbaycan Premyer Liqasının 29-cu tur oyununu buraxacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlama verib.

 

O bildirib ki, zədədən sonra fərdi məşq edən Ataa Caber və Vato Arveladze bugünkü qarşılaşmanı buraxacaqlar:

"Komanda ilə ümumi hazırlığa qoşulan Eddi İsrafilovun isə vəziyyəti yaxşıdır. Caber də kollektiv məşqlərə başlamışdı. Sonradan dördbaşlı əzələdə ağrı hiss etdiyi üçün fərdi məşqlərlə kifayətlənir. Arveladzenin isə yüngül zədəsi var. Düşünürəm ki, qısa müddətdə komandaya qoşulacaq".

 

Qeyd edək ki, "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti