“Bayern” tarixində ilk dəfə 100 milyon avroluq transfer edə bilər

18:51 8 Aprel 2023

“Bayern” yayda heyətini mərkəz hücumçusu ilə gücləndirmək istəyir.

 

Sportarena.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisi “Ayntraxt”ın hücumçusu Kolo Muani və ya “Tottenhem”in forvardı Harri Keyni transfer etmək niyyətindədir.

 

Adıçəkilən oyunçular keçidə qarşı deyil, lakin onların transferinin Bundesliqa klubu üçün rekord qiymətə reallaşmaq ehtimalı var.

 

“Bayern” tarixində ilk dəfə bir oyunçu almaq üçün 100 milyon avro xərcləyə bilər. Hazırda Münhen klubunda əsas mərkəz hücumçusu Erik Şupo-Motinqdir.

 

24 yaşlı Muani cari mövsümdə “Ayntraxt”ın heyətində 37 oyuna çıxıb, 19 qol vurub və 14 məhsuldar ötürmə edib. 29 yaşlı Keyn isə Premyer Liqa təmsilçisinin heyətində 40 oyuna çıxıb, 24 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti