"Fənərbaxça"nın gənc futbolçusu Arda Güler karyerasını İspaniyada davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin xidmətində "Barselona" maraqlıdır. Bu barədə "Relevo" nəşri məlumat yayıb. kataloniya təmsilçisi türk futbolçunu yaxından izləyir. "Sarı-lacivərtlilər" Türkiyə millisinin üzvünü 20 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, "Fənərbaxça" Arda Güleri 2019-cu ildə "Gənclərbirliyi"nin akademiyasından transfer edib. O, cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 23 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.