“Neftçi” bu gün Premyer Liqada növbəti oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi 29-cu tur çərçivəsində səfərdə “Sumqayıt”a böyük hesabla qalib gəlib – 4:0.
Bu qələbə sayəsində “Neftçi” mövsümün sonuna 7 tur qalmış avrokuboklara vəsiqəni təmin edib. “Ağ-qaralar” hazırda 29 oyundan sonra 60 xalla turnir cədvəlində 3-cü yeri tutur. Bununla da Bakı klubu ən yaxın izləyicisi “Qəbələ”ni 21 xal geridə qoyub. Bu komandalar arasında keçirilmiş oyunlardakı göstəricilərə görə “Neftçi” üstün tərəfdir: 2 qələbə, 1 heçə-heçə.