İtaliya A Seriyasında 29-cu tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, bu gün daha 7 görüş baş tutub.
“Udineze” – “Montsa” və “Fiorentina” – “Spetsiya” matçlarında qalib müəyyənləşməyib. “Atalanta” evdə “Bolonya”ya, “Sampdoriya” “Kremoneze”yə uduzub. “Verona” isə “Sassuolo”nu məğlub yola salıb. “Yuventus” səfərdə “Latsio”ya uduzub. Turinin digər klubu “Torino” da evdə paytaxtın digər təmsilçisi “Roma”ya uduzub.
Hazırda 74 xala malik “Napoli” vahid liderdir. “Latsio” 38 xalla 2-ci, “Roma” 53 xalla 3-cüdür. “Milan”ın 52, “İnter”in 51, “Atalanta”nın 48 xalı var. 15 xalı silinmiş “Yuventus” isə hazırda 44 xalla 7-cidir.
İtaliya A Seriyası
29-cu tur
8 aprel
Udineze – Montsa 2:2
Qol: Lovriç, 18. Beto, 90+2-pen – Kolpani, 48. Rovella, 56.
Fiorentina – Spetsiya 1:1
Qol: Vişnyevski, 25-öz qapısına – Nzola, 32.
Atalanta – Bolonya 0:2
Qol: Sansone, 49. Orsolini, 86.
Sampdoriya – Kremoneze 2:3
Qol: Leris, 15. Lammers, 66 – Gilyone, 35. Loçoşvili, 85. Sernikola, 90+5.
Torino – Roma 0:1
Qol: Dibala, 8-pen.
Verona – Sassuolo 2:1
Qol: Çekkerini, 84. Qaiç, 90+5 – Harrui, 34.
Latsio – Yuventus 2:1
Qol: Milinkoviç-Saviç, 38. Zakkayni, 53 – Rabyo, 42.