Həştərxan vilayətinin qubernatoru: “Xəzər ətrafında bizi ayıran yüzlərlə kilometr məsafədən daha yaxınıq”

14:21 9 Aprel 2023

“Xəzər ətrafında bizi ayıran yüzlərlə kilometr məsafədən daha yaxınıq”.

 

Sportarena.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Xəzər – dostluq dənizi” devizi ilə keçirilən motoyürüşünün təşkilatçısı, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin deyib.

 

Həştərxandan başlayan motoyürüşün iştirakçıları Qazaxıstanın Aktau və Atırau, Türkmənistanın Aşqabad və Türkmənbaşı, İranın Babolsər və Rəşt, nəhayət, Azərbaycanın Astara şəhərindən keçərək paytaxt Bakıya çatıblar.

 

İqor Babuşkin bildirib ki, Xəzər ətrafında ilk dəfə bu məsafəni qət ediblər:

“Motoyürüşün adını “Xəzər – dostluq dənizi” olaraq təsadüfən seçməmişik. Yürüşün bütün marşrutu beş min kilometr təşkil edir. Yolumuza Həştərxan kremlindən başladıq və Qazaxıstan, Türkmənistan, İran ərazilərindən keçdik. Bu gün Bakıda olmaqdan böyük məmnuniyyət hissi keçiririk. Hər bir ölkədə qonşularımızla iqtisadi, humanitar əməkdaşlıq məsələlərinin müzakirə etmək üçün dayanacaqlar elan etdik”.

 

Həştərxanın ətrafında bütün yerlərdən keçdiklərini qeyd edən vilayətin qubernatoru yeni marşrutun meydana gəlməsi səbəbindən də danışıb:

“Bizim vahid komandamız var. Çox əsaslı hazırlıq işləri görmüşük. Texnikamız bütün növ yollara uyğundur. Bütün səyahət boyu görüşlər keçirmişik. Bizi hər yerdə çox səmimi qarşılayıblar. Hər yerdə özünəməxsus mədəniyyətlərin şahidi olduq, insanlarla tanışlıq yarandı, bu yolu yüksək əhvali-ruhiyyə ilə qət etdik”.


Digər xəbərlər

Xəbər xətti