Bu gün Azərbaycan Premyer Liqasında 29-cu tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçında "Turan Tovuz" "Şamaxı"nı qəbul edib. Matç sülhlə yekunlaşdı - 1:1.
Turun son oyunu isə lider "Qarabağ"la "Kəpəz" arasında baş tutub. Maydan sahibləri 3 xalı 3 qol ilə alıblar - 3:1.
Azərbaycan Premyer Liqası
29-cu tur
9 aprel (bazar)
"Turan Tovuz" 1:1 "Şamaxı" (yekun)
Qol: Runi Eva, 2 - Fuad Bayramov, 9
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu.
"Qarabağ" 2:1 "Kəpəz" (yekun)
Qol: Zubir, 5, Riçard Almeyda 58 (p), Leandro Andrade 67 - Xvalko 28
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Azersun Arena".
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qəbələ" evdə "Zirə"ni , "Səbail" "Sabah"ı 2:1, "Neftçi" isə səfərdə "Sumqayıt"ı 4:0 hesabı ilə məğlub edib.