PSJ müdafiəçisi Markinyosla yaxın vaxtlarda ilə müqavilə müddətini uzadacaq.
Sportarena.az “Sky Sports”a istinadən xəbər verir ki, parislilər braziliyalı müdafiəçi ilə razılıq əldə edib.
28 yaşlı futbolçu 2013-cü ildən PSJ-də çıxış edir.
O, “Korintians”, “Roma”da da oynayıb. Futbolçunun hazırkı komandası ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
PSJ-də kapitan sarğısı daşıyan müdafiəçiyə bir çox klublardan təklif var.