İngiltərə Premyer Liqasında 30-cu turun “Brayton”la oyununda (2:1) “Tottenhem”in cinah oyunçusu Son Xın Min əlamətdar qola imza atıb.
Sportarena.az xəbər verir ki, bu, onun Premyer Liqada vurduğu 100-cü qol olub.
Son, Premyer Liqada 100 qol vuran ilk asiyalı oyunçu olub. Bu mövsüm o, Premyer Liqada 28 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.