Lionda inamlı qələbə, “Marsel” və “Monako”dan xal itkisi

10:18 10 Aprel 2023

Fransa çempionatında 30-cu tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, əksər qarşılaşmalar son günə təsadüf edib.

 

“Loryan”la Marsel “Olimpik”i arasındakı oyunda qapılara qol vurulmayıb. “Reyms” – “Brest” və “Nant” – “Monako” matçlarında da qalib müəyyənləşməyib.

 

Lion “Olimpik”i “Renn”lə ev oyununda inamlı qələbəyə sevinib. “Ayaçço” evdə “Oser”ə, “Monpelye” “Tuluza”ya, “Trua” isə “Klermon”a uduzub.

 

Hazırda 69 xalı olan PSJ vahid liderdir. “Lans” 63 xalla ikinci, Marsel “Olimpik”i 61 xalla üçüncü pillədə qərarlaşıb. “Monako” 58, “Lill” 52, “Renn” 50, Lion “Olimpik”i və “Reyms” 47, “Nitsa” ilə “Loryan” 45 xal toplayıblar. 

 

Fransa, Liqa 1

30-cu tur

9 aprel

Olimpik (Lion) – Renn 3:1

Qol: Tolisso, 60. Lakazette, 68. Barkola, 79 – Quiri, 11.

 

Ayaçço – Oser 0:3

Qol: Ture, 3. Da Kosta, 6. Alfonse, 45+1-öz qapısına.

 

Monpelye – Tuluza 1:2

Qol: Vahi, 88 – Dallinqa, 31. Çaibi, 85.

 

Reyms – Brest 1:1

Qol: Baloqun, 90+1 – Melu, 6.

 

Trua – Klermon 0:2

Qol: Çam, 27. Qastyen, 30.

 

Nant – Monako 2:2

Qol: M.Məhəmməd, 65. Blas, 78 – Disasi, 21. Matazo, 30.

 

Loryan – Olimpik (Marsel) 0:0


Digər xəbərlər

Xəbər xətti