Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 6 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.
İdmançılarımız turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Turnirin ikinci günündə isə oğlanların yarışında -73 kq. çəkidə Süleyman Şükürov, -81 kq. çəkidə Aslan Kotsoyev və +90 kq. çəkidə Ramazan Əhmədov bütün rəqiblərini məğlub edərək komandamızın aktivinə 3 qızıl medal yazdırıblar. -81 kq. çəkidə Hüseyn Eyvazlı bürünc medala sahib olub.
-73 kq. çəkidə yarışan cüdoçular Allahverdi Səmədov 5-ci, Mehdi Abbasov 7-ci yerdə qərarlaşıb. -90 kq. çəkidə mübarizə aparan idmançımız Tuncay Şamil yarışı 7-ci yerdə tamamlayıb.