Futbol üzrə Rusiya Premyer Liqasında 22-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Moskva ÇSKA-sı ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Sadıqovla Quliyev də bu matçın iştirakçısı olublar. Onların hər ikisi start heyətdə matça başlayıb. Ayaz sonadək oynayıbsa, İlya fasilədə əvəzlənib.
Qeyd edək ki, “Ximki” 22 turdan sonra 13 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.