Kristof Qalte: "Lans"ın qələbə qazanmasından sonra qalib gəlməyimiz vacib idi"

12:35 10 Aprel 2023

PSJ-nin baş məşqçisi Kristof Qalte Fransa çempionatının 30-cu turunun “Nitsa” ilə görüşünü (0:2) dəyərləndirib.

 

Sportarena.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, futbolçularının çox səy göstərdiyini dilə gətirib:

“Lans”ın qələbə qazanmasından sonra qalib gəlməyimiz vacib idi. Eyni zamanda, bundan öncə ardıcıl iki ev oyununda uduzmuşduq.

Daha inamlı oyun sərgiləmək üçün futbolçularımdan oyun üslublarını dəyişmələrini xahiş etdim. Onlar çox səy göstərdilər, əsl komanda kimi mübarizə apardılar”.


Digər xəbərlər

Xəbər xətti