Afrikalı hücumçu Azərbaycan Premyer Liqasında son 8 mövsümün rekorduna imza atıb

14:45 10 Aprel 2023

"Turan Tovuz"un futbolçusu Runi Eva Azərbaycan Premyer Liqasında son 8 mövsümün rekorduna imza atıb.

 

Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kamerunlu hücumçu 2015-ci ildən sonra bir çempionatda ən çox qol vuran afrikalı legioner olub.

 

27 yaşlı forvard cari mövsümdə 12-ci dəfə fərqlənib. O, XXIX turda "Şamaxı" ilə ev qarşılaşmasında rəqib qapısına yol tapıb.

 

Afrika təmsilçilərinin daha çox qol vurması sonuncu dəfə 2014/2015 mövsümündə yaşanıb. Həmin vaxt AZAL-da çıxış edən konqolu Freddi Mombonqo 13 dəfə rəqib qapısına yol tapıb.

 

Sonrakı 8 ilin rekordu isə İbrahima Vadjiyə məxsus idi. "Qarabağ"ın seneqallısı ötən çempionatda 11 dəfə fərqlənib.


Digər xəbərlər

Xəbər xətti