De Bruyne Haland haqqında danışıb: "Onun ikinci qolu şedevr idi!"

15:39 10 Aprel 2023

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne İngiltərə Premyer Liqasının 30-cu turunun “Sauthempton”la matçından sonra (4:1) komanda yoldaşı Erlinq Halandın çıxışını dəyərləndirib.

 

Sportarena.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, Halandın ikinci qolunu şedevr adlandırıb:

“Onun ikinci qolu şedevr idi! Elə bir zərbə vurmağa çalışsaydım, xəstəxanalıq olardım. Haland bizimlə birlikdə olmaqdan xoşbəxtdir. Biz onun üçün qol imkanları yaradırıq və o, hər şeyi düzgün yerinə yetirir”.

 

Qeyd edək ki, norveçli forvard bu qarşılaşmada dubla imza atıb və cari mövsümdə İngiltərə çempionatında vurduğu qolların sayını 30-a çatdırıb.


Digər xəbərlər

Xəbər xətti