“Mançester Siti”nin yarımmüdafiəçisi: " Çox ciddi rəqiblə qarşı oynayacağıq"

16:51 10 Aprel 2023

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes UEFA Çempionlar Liqasının 1/4 finalında “Bayern”ə qarşı keçirəcəkləri oyundan gözləntilərini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ispaniyalı futbolçu klubun rəsmi saytına açıqlamasında “Bayern”in çox ciddi rəqib olduğunu deyib:

“Bu matçı səbirsizliklə gözləyirik. Çox ciddi rəqiblə qarşı oynayacağıq. Şansa ümid etmək istəyiriksə, ən yaxşı futbolumuzu göstərməliyik. Bəzi şeylər üzərində işləməliyik”.

 

Qeyd edək ki, “Mançester Siti” “Bayern”lə aprelin 11-də qarşılaşacaq. Oyun “Etihad Stadium”da keçiriləcək və saat 23.00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti