“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 30-cu turunun “Liverpul”la görüşünü (2:2) şərh edib.
Sportarena.az “BBC Sport”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis heç-heçənin ədalətli nəticə olduğunu bildirib:
“Çox gərgin matç keçdi. Öncə oyun bizim nəzarətimiz altında idi. Lakin sonra çox səliqəsiz çıxış etdik və qol buraxdıq. Fasilədən sonra matça yaxşı başlasaq da, sonra yenidən nəzarəti itirmişdik.
Çox xaotik qarşılaşma idi. “Liverpul” 3-4 qol vura bilərdi. Elə biz də. Bu səbəbdən, heç-heçə ədalətli nəticədir.
Birinci hissədəki oyunumuzu sona qədər davam etdirsəydik, üç xalı qazana bilərdik. Belə olduğu halda, matç fərqli ssenari ilə keçəcəkdi. Amma biz bunu edə bilmədik”.
Qeyd edk ki, “Arsenal” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 73 xalla birinci, “Liverpul” isə 44 xalla səkkizincidir.