Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında şahmat tacı uğrunda növbəti görüş baş tutub.
Sportarena.az xəbər verir ki, ikinci qarşılaşma rusiyalı qrossmeysterin qələbəsi ilə bitib - 1:0.
Qara fiqurlarla mübarizə aparan Nepomnyaşi 29-cu gedişdə rəqibini məğlub edib.
Beynəlxalq Şahmat Federasiyasının bayrağı altında yarışan iti zəka sahibi ümumi hesabda önə keçib - 1,5:0,5.
Qeyd edək ki, qrossmeysterlər arasındakı ilk görüşdə heç-heçə qeydə alınıb. Tərəflər arasındakı növbəti duel aprelin 12-də olacaq.