"Liverpul"un futbolçusu Endryu Robertsonu dirsəklə vuran ingiltərəli futbol hakimi Konstantin Hatsidakis Premyer Liqa və ölkə kuboku oyunlarına təyinat almayacaq.
Sportarena.az xəbər verir ki, bu barədə PGMOL (İngiltərə futbolunda hakimliyin keyfiyyətinə cavabdeh olan təşkilat) qərar qəbul edib.
Qurum araşdırma bitənədək yan xətt hakiminin işindən kənarlaşdırıldığını açıqlayıb.
Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Hatsidakis ilk hissənin sonunda oyunçuya dirsəyi ilə zərbə endirib.