Türkiyənin "Beşiktaş" klubunun heyətində növbəti itki baş verib.
Sportarena.az xəbər verir ki. "qara qartallar"ın yarımmüdafiəçisi Dele Alli sıradan çıxıb. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. İngiltərəli vinger 10 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun üçün mövsümün erkən bitməsi deməkdir.
"Beşiktaş"ın müdafiəçisi tayyip Talh Sanuç da mövsümün sonuna kimi komandaya kömək edə bilməyəcək. Hücumçu Cenk Tosun isə 5-6 gün məqşlərdən uzaq qalacaq.
Qeyd edək ki, "Beşiktaş" Dele Allini mövsümün əvvəlində "Everton"dan icarəyə götürüb. 26 yaşlı futbolçu Super Liqa klubunun heyətində meydana çıxdığı 17 matçda 3 qol vurub.